Bu ərazidən ev almayın: Paytaxtın problemli yaşayış massivi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Albalı bağlar yaşayış massivində yaşayan sakinlər uzun müddətdir məişət problemləri ilə üz-üzə qalıblar.
Milli.Az xəbər verir ki, onların sözlərinə görə, ərazidə nə kanalizasiya infrastrukturu mövcuddur, nə də içməli su xətti çəkilib. Bundan başqa, yaşayış massivində küçə işıqlandırması və məişət tullantıları üçün konteynerlər də quraşdırılmayıb.
Sakinlər bildirirlər ki, azacıq yağıntı yağan kimi yollar tamamilə yararsız hala düşür. Xüsusilə məktəbə gedən uşaqlar üçün vəziyyət daha çətin olur. Valideynlər deyirlər ki, palçıq və çökəkliklər səbəbindən övladları hər gün risk altında evdən çıxır.
Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək problemlə maraqlanan olmayıb. Onların əsas tələbi əraziyə içməli suyun çəkilməsi, zibil qutularının yerləşdirilməsi və normal yaşayış şəraitinin yaradılmasıdır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti-quruculuq işləri aparılır:
"Sözügedən ərazidə də tullantı su təchizatı mərhələli şəkildə qurulacaq".
Sıradan çıxan yolların nə zaman düzəldiləcəyi, ərazinin işıq dirəkləri və zibil konteynerləri ilə təmin olunması məsələsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağada da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Bildirilib ki, Maştağa qəsəbəsi, 49-cu Maştağa küçəsində yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Həmçinin küçə işıqlarının quraşdırılması ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu təmir-bərpa sahəsinə, məişət tullantılarının atılması üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün isə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
XƏBƏR LENTİ
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)





