Bakıda 61 yaşlı kişi yıxılıb ölüb.
Milli.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi zamanı baş verib.
Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Babayev tikinti sahəsində fəhlə işləyərkən evin pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az





