Siyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib

23 May 2025 19:55
Baxış: 527

19:55

Belarus lideri Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin quruculuq səyləriniz sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edən iqtisadiyyatı, vətəndaşların həyat səviyyəsinin davamlı şəkildə yüksəlməsi, beynəlxalq aləmdə əldə etdiyi mühüm nailiyyətlər ilə haqlı olaraq fəxr edir.

Minsk-Bakı strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə zəmanət verən hökumətlər, parlamentlər və regionlar arasında sistemli əməkdaşlıq, müntəzəm təmaslarımız buna bariz sübutdur. Bu münasibətlər hər iki dövlətin maraqlarına cavab verir.

Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı dostluq və qarşılıqlı anlaşma ənənələri əsasında bundan sonra da fəal şəkildə inkişaf edəcəkdir.

Bu bayram münasibətilə Sizə və ailənizə cansağlığı, rifah, bütün azərbaycanlılara isə əmin-amanlıq və tərəqqi arzulayıram".

-------
17:47

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".

---------
15:47

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün sahələrinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində heyrətamiz nəticələrə, yüksək iqtisadı inkişaf templərinə, dünya birliyində nüfuzunun möhkəmləndirilməsinə nail olmuş, uğurlu beynəlxalq layihələrin təşəbbüskarı kimi xüsusi rol oynamışdır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə minnətdarıq. ŞƏT-in dialoq üzrə tərəfdaşı olaraq Azərbaycan 10 ildən artıqdır ki, təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əminik ki, Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq gələcəkdə də möhkəmənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycanın daha da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və əmin-amanlıq arzu edim".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.