Ölkə

Tiktoker qardaşlardan xəbər var

23 May 2025 22:08
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri - Emin Abdullayev ev dustaqlığına buraxılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdiyi vəsatəti əsaslı hesab edib. 

Qərara əsasən Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.