Lionel Messi futbol karyerasında saysız-hesabsız möhtəşəm qollar vurub, lakin indiyədək heç vaxt ən sevdiyi qol barədə danışmamışdı - ta ki bu günə qədər.
Messi 800-dən çox qol vurub və o qədər müxtəlif tərzdə qolları var ki, onun ən sevilən qolunu seçmək bir çoxları üçün çətin olardı.
Lakin Messi ilk dəfə olaraq ən sevdiyi qolunu açıqlayıb.
Və bu, bir çox insanı təəccübləndirib. Çünki Messi nə solo reydlə vurduğu qolları, nə cərimə zərbələrini, nə də uzaq məsafədən vurduğu əyri top zərbələrini seçib.
O, Barselona üçün əhəmiyyətli olsa da, çoxlarının yaddaşında qalmayan bir qolunu ən sevdiyi qol kimi qeyd edib.
"Mən çox qol vurmuşam, onlar bəlkə də daha gözəl, dəyərli və vacib olublar, lakin Çempionlar Liqasının finalında "Mançester Yunayted"lə qarşılaşmada baş zərbəsi ilə vurduğum həmişə mənim sevimli qolum olub", - deyə argentinalı futbolçu bildirib.
Lalə Qüdrətova
Milli.Az