Siyasət

İlham Əliyev: Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir

27 Avqust 2025 10:57
Baxış: 298

Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC-un Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin, eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR-ın BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olduqlarını söyləyib.

Prezident İlham Əliyev, həmçinin deyib ki, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.