İdman

Ağadadaş Salyanski "Sabah"ın futbolçusunu boğmağa çalışdı, meydandan qovuldu - VİDEO

23 May 2025 20:55
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvəzedicilər Liqasının son turu üzrə keçirilən "Sabah-2" - "Neftçi-2" oyununda "ağ-qaralar" azlıqda qalıb. 

Milli.Az xəbər verir ki, "Neftçi"nin "Sabah"a 2:1 hesabı ilə qalib gəldiyi matçda Ağadadaş Salyanski rəqib futbolçu Andrey Santosu boğmağa çalışıb. "Ağ-qaralar"ın əsas komandasının da üzvü olan gənc futbolçu 53-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. 

Qeyd edək ki, 35 turdan sonra Əvəzedicilər Liqasında hərəyə 68 xalla "Sabah" və "Neftçi" birinci yerləri bölüşür. Hazırda ikinci hissəsi oynanılan matçda qalib gələn komanda çempionluğunu rəsmiləşdirəcək. (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.