Dünya

Almaniyada vağzalda bıçaqlı hücum - 17 nəfər yaralandı - yenilənib - VİDEO

24 May 2025 00:35
Baxış: 724
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

00:35

Almaniyanın Hamburq şəhərində mərkəzi dəmiryolu vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində yaralananların sayı 17 nəfərə çatıb.

----------

00:07

Almaniyanın Hamburq şəhərində mərkəzi vağzalda bıçaqlı hücum olub.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Yüngül yaralılara hadisə yerində tibbi yardım göstərilsə də, vəziyyəti ağır olanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Ağır yaralananlardan üçünün həyati təhlükəsinin olduğu bildirilir.

Hücumun səbəbi hələlik məlum deyil, lakin hücumdan sonra bir qadın saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.