“Özləri bilir ki, nə yolun yolçusuyam” - Samir Abasov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 30-cu turunda "Zirə"yə 4:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Milli.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Dəfələrlə demişəm ki, problemlərimizi bilirik. Buna sual verirlər ki, biliriksə niyə düzəltmirik. Bu, çətin prosesdir. Həmin zaman həll olunmur. Təkcə bu oyundan danışmıram, hər oyunda olanları deyirəm. Bütün oyunlarda elə komponentlər var ki, dəyişə bilmirik. Hansı epizodla öndə olsaq da, nə qədər epizod yaratsaq da... Bu oyunda da iki qol vurduq, Ağadadaş da təkbətək çıxdı, qırmızı vərəqə də qazandıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükə ilə bitməli deyil. Bizə əks olan şeylər çoxdur və bunu indi aradan qaldıra bilmirik. Bu, reallıqdır və bunu deməliyik. Çalışırıq, oyuna başqa cür çıxaq. Bu gün baş verənlər biz dediklərimizin təsdiqidir. Birə-bir mübarizələrdə uduzuruq. Hər bir hücum qapımızda təhlükə yaradır. Bu da təkbətək mübarizədə uduzmağın nəticəsidir. Təkcə biz yox, statistika da bunu deyir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin bir oyuna gedəcəyik. Hazırda futbolçuların üzərinə düşüb olan problemləri daha çox qabartmaq istəmirəm. Çünki bu ili qurtaracaq bir oyuna çıxmalıyıq. Fikirləşirəm ki, həmin matça fərqli motivasiya ilə çıxmalıyıq. Karyeramızın son oyununa kimi çıxmalıyıq. Başımıza gələnlər bildiyimiz şeylərdir. Amma bunları aradan qaldırmaqda çətinlik çəkirik. Bu mövsüm çox çətin görsənir. Çox şeylər var ki, baş məşqçi mətbuat konfransında açıb deyə bilmir. Bu, normal bir şeydir. Tək mən yox, köməkçilər və analitiklərlə oturub problemlərin nədən qaynaqlandığını deyirik. Sonra statistika və etdiyimiz şeyləri baxıb görürük ki, doğrudan da həmin şeylərdədir problem. 2:1 öndəyik, sonra əks-hücum edəndə topu itirib qol buraxdıq. Əks-hücumda top səndədir və son nöqtəni qoymalısan, amma topu itirirsən. Niyə itir və itməlidirmi - bunların da cavabını bilirik. Amma aradan qaldırmaq hələ ki, çətindir. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- "Sabah"la kubok matçında geridönüşə inanırsınız?
- Əlbəttə, inanıram. Nəzərə alaq ki, "Turan Tovuz"la oyundan sonra "Sabah"ın baş məşqçisi də kuboka son çıxış yolu kimi baxdığını bildirmişdi. İkimizində məqsədi kubokdur. Amma inanıram və komandamı da inandırmağa çalışacağam. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, bundan xeyirli bir şey çıxarmağa çalışacağıq.
- Bütün bu durumda öz təqsirinizi görürsünüz?
- Çox yaxşı sualdır. Biz futbolçu, məşqçi və şəxs olaraq inkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Bunun ən yaxşı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Əlbəttə ki, bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Həmişə belədir. Nə qədər problemlər olsa da, baş verən proseslərdə günahımız var. Amma bu gün əl-qolumuzu sallamalı deyilik. Onsuz da bilirdik ki, "Neftçi"yə çətin dönəmdə gəlirik və problemli komandanı götürürük. Həmən gəlib hər şeyi düzəltmək yanaşması ilə də gəlməmişdik. Bu, düzgün olmazdı. Bilirdik ki, bu cür oyunlar olacaq və günahkar kimi baş məşqçini görəcəklər. Biz buna hazırıq. Düşünürəm, özümüzü tənqid edə bilməyimiz yüksək səviyyədədir. Bu cür faciə olan oyunlardan... Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.
- "Sumqayıt"ın büdcəsi "Neftçi"dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa "Neftçi"nin futbolçuları ilə? Ümumiyyətlə, sizcə "Neftçi" adına uyğun iddialı olacaq kollektiv yığışıb?
- "Neftçi"də işləmək "Sumqayıt"da işləməkdən daha çətindir. "Sumqayıt"da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, biraz narahatlıq var. Bilirsən ki, hər oyundan sonra tənqid olur. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. Amma "Neftçi"də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz və reaksiyamız birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. "Neftçi"də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi. Bunun öhdəsindən gəldik. Sonra da öz yığdığımız və hazırladığımız komanda ilə Konfrans Liqasına da getdik. İnşallah, bu il də işimizin öhdəsindən gələcəyik. "Neftçi"də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, hazırda iddialıdan uzaq bir komandayıq.
- Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı və fərqli komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiniz?
- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla çox yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, nə yolun yolçusuyam və heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Bu yolu seçib ona uyğun ətrafdakıları yığanlar da var. Burada utanmadan dilə gətirənlər də var. Amma şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
XƏBƏR LENTİ
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi





