İstanbulun Şişli rayonunda gecə klubunda mühafizəçi işləyən və eyni zamanda həvəskar futbolçu olan 39 yaşlı İran vətəndaşı Seyedmojtaba Hashemi yaşadığı evin mətbəxində ölü tapılıb.
Milli.Az xəbər verir ki, onun bədənində hər hansı bir zorakılıq və ya kəsik izi olmadan aşkarlanması şübhə doğurub. Mərhumun nəşi dəqiq ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə aparılıb.
Hadisə ötən gün saat 15:00 radələrində Eskişehir məhəlləsində baş verib. Gecə saat 03:00 radələrində işdən çıxan Hashemi, 6 mərtəbəli binanın birinci mərtəbəsindəki evinə gedib. Gündüz saatlarında ondan xəbər ala bilməyən həmkarı 30 yaşlı Mohammadreza N. onun evinə baş çəkib.
Qapının açılmaması səbəbindən polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları çilingir yardımı ilə mənzilə daxil olduqda Hashemini mətbəxdə yerdə hərəkətsiz vəziyyətdə tapıblar. Ağzı və burnundan axıntı, sinəsində isə meyvə bıçağı olduğu müəyyən olunub. Sağlamlıq qruplarının müdaxiləsinə baxmayaraq, Hasheminin artıq həyatını itirdiyi təsdiqlənib.
Hadisə yerində araşdırma aparan kriminalistlər və Respublika Prokurorluğu əməkdaşları Hashemi'nin bədənində heç bir zorakılıq və ya kəsik izinə rastlamayıb. İlkin dəyərləndirmədən sonra onun nəşi aidiyyəti üzrə ekspertizaya göndərilib. Polis hadisə ilə bağlı araşdırma aparır. /baku.ws
Milli.Az