İdman

"Liverpul"un keçmiş ulduzunun evinə bomba atıldı - FOTO

9 Aprel 2025 12:20
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə "Vest Hem", "Arsenal", "Liverpul" və "Çelsi" kimi klublarda çıxış etmiş israilli futbolçu Yossi Benayunun evinə əl qumbarası atılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, artıq hadisə ilə bağlı araşdırma başlanıb.

Təhlükəsizlik qüvvələri sözügedən hadisənin İsrail-Qəzza müharibəsi ilə heç bir əlaqəsi olmadığını bildiriblər.

Keçmiş futbolçunun evinə əl qumbarasını motosikletçi atıb.

Benayunun başına gələn olayı belə şərh edib:

"Əvvəlcə qaz balonunun partladığını düşündüm və yanğınsöndürənləri çağırdıq. Amma polislər evə gələrək qumbaranın qalıqlarını tapdıqda, əslində nə baş verdiyini anladıq".

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.