İdman

Motokros yarışında 65 yaşlı motosikletçi öldü

29 Mart 2025 22:44
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyanın Litomışl şəhəri yaxınlığındakı Banatki kəndində keçirilən motokros yarışı zamanı bir motosikletçi həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə respublikanın xilasetmə xidmətinin mətbuat katibi Alena Kisiala məlumat verib.

"Litomışl yaxınlığındakı Banatki kəndi yaxınlığında keçirilən motokros yarışı zamanı yarış iştirakçılarından biri həlak olub", - o qeyd edib.

Yarışda 139 idmançı iştirak edib. Ölən şəxs 1960-cı il təvəllüdlüdür və yarışın ən təcrübəli iştirakçılarından biri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.