AFFA İntizam Komitəsi II Liqada çıxış edən bir neçə klubu cərimələyib.
Trend xəbər verir ki, buna çempionatın XVIII turunda yaşananlar səbəb olub.
"Ağdaş" komandası "Sheki City" ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, 90+3-cü dəqiqədə Ülvi Sarıyevin ikinci sarı vərəqəni alaraq (bir matçlıq cəza) meydandan qovulduğuna görə 50 manat, azarkeşlər tərəfindən meydana kənar əşyalar atıldığı üçün 80 manat ziyana düşüb.
"Şəmkir"in dörd futbolçusu "Şəfa" ilə qarşılaşmada sarı vərə görüb, kluba 70 manat cərimə tətbiq edilib. Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan "Şəfa" 80 manat da ödəməli olacaq.
"Kür-Araz" "Füzuli" ilə matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat, komandanın altı oyunçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
"Füzuli" isə dörd oyunçusunun sarı vərəqə görməsi ucbatından 70, adı matçın protokolunda olmayan Vasif İsmayılov texniki zonada olmasına görə 80 manat ödəyəcək.
Milli.Az