İdman

"İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır"

25 Mart 2025 15:12
Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz birinci növbədə gücümüzün aşağı səviyyədə olduğunu qəbul etməliyik".

Bunu Oxu.Az-a açıqlamasında "Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan millisinin Belarus seçməsi ilə oyunla bağlı fikirlərini bölüşərkən bildirib.

"Bu oyunlar bizə xal qazandırmır. Bu səbəbdən də məğlubiyyətlə üzləşərkən futbolçuların və ya milli komandanın üzərinə getmək düzgün olmaz. Əlbəttə, Belarusla oyunda qələbə qazanmaq həm psixoloji olaraq, həm də qələbəyə gedən yolun təməlini atmaq baxımından vacibdir. Amma qəbul etməliyik ki, Azərbaycan millisinin və futbolçularımızın potensialı budur. Qələbə qazanaraq milliyə olan inamı yenidən qaytarmaq lazımdır. Əsas məsələ ilk növbədə budur. Belarus millisi bizim üçün ciddi və çətin rəqibdir.

Təcrübəli çalışdırıcı əlavə olaraq Fernandu Santuşun Belarus seçməsi ilə oyunöncəsi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət də bildirib:

"Futbolda fərqli oyun taktikaları və anlayışları var. Sadəcə müdafiə olunaraq nəticə qazanmaq mümkün deyil. Bizim komandanın, futbolçuların real gücünü qəbul etməli və buna uyğun addımlar atmalıyıq. Haiti ilə görüşdə buraxılan səhvlərdən dərs çıxararaq bu görüşdə qələbə qazanmaq mümkündür. Əsas məsələ etibarlı oyun nümayiş etdirməkdir. İstər müdafiədə, istərsə də hücumda. Ələ düşən qol fürsətlərini dəyərləndirməyi bacarsaq və müdafiədə etibarlı oynasaq, o zaman nəticə qazanıla bilər".

Şahin Diniyev Azərbaycan millisində kollektiv və səviyyəli futbol olmadığını bildirib:

"Futbol kollektiv halında oynalınan idman növüdür. Bizim futbolçular ilk növbədə bunu anlamalıdırlar. Əfsuslar olsun ki, bizdə hələ də bu anlayış formalaşmayıb. Düzgün taktiki gedişatlar, komanda halında oynamaq, müdafiə olunmağı bacarmaq çox vacibdir. Milli komandanın futbolçuları qalib gələndə birgə sevinməyi bacardığı kimi, məğlub olduqda da birgə kədərlənməyi bacarmalıdırlar. Ümumilikdə kollektivlik düşüncəsi formalaşdırıb daha sonra digər mövzuları dəyişməliyik. Əsas olaraq qəbul etməliyik ki, bu millinin dəyişməsi üçün 50 il də bəs etməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.