İdman

İngiltərə nəhəngi türk ulduzdan ƏL ÇƏKMİR: təklifi 80 milyon avroya çıxardı

20 Mart 2025 13:38
Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Yuventus" komandasının futbolçusu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" türkiyəli hücumçunu mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahın əvəzləyicisi kimi görür.

İngiltərə nəhənginin bu transfer üçün Turin təmsilçisinə 80 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Bu keçid reallaşsa, 19 yaşlı forvard Darvin Nunyes və Vircil van Deykdən sonra "Liverpul" tarixinin ən bahalı üçüncü transferi olacaq.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm "Yuventus"un heyətində 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.