İdman

Hemilton Milan küçələrində belə “avtoşluq” etdi – VİDEO

9 Mart 2025 17:24
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ferrari"nin 40 yaşlı britaniyalı sürücüsü Lyuis Hemilton və tərəfdaşı Çarlz Lekler Formula 1 mövsümü başlamazdan əvvəl fanatları ilə son tədbiri keçirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə martın 6-da Milanda baş verib. Hemilton 2021-ci ildə sürdüyü SF-21 avtomobilini idarə edib.

Lekler isə 2019-cu il mövsümündə trasda olan SF-90 avtomobilini idarə edib. Azarkeşlərlə ünsiyyəti və nümayiş yürüşü zamanı Lyuis Milanın küçələrində "avtoşluq" edib, fanatlarını sevindirib.

2025-ci il mövsümü martın 14-də Avstraliya Qran Prisi ilə başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.