Hadisə

Xəzərdən tanınmış fotoqrafın meyiti tapıldı - FOTO

8 Dekabr 2025 11:39
Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.

Milli.Az qafqazinfoya istinadla xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.