İdman

Karlo Ançelotti "Real Madrid"dəki gələcəyi ilə bağlı yekun qərarını açıqladı

9 Mart 2025 09:42
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis növbəti mövsümdə də "Real Madrid"i çalışdırmağa davam etmək istəyir. Qeyd olunub ki, məşqçi Madrid təmsilçisindəki gələcəyini La Liqa və ya Çempionlar Liqasını qazanmaqla təmin edə bilər.

65 yaşlı mütəxəssisin "Kral" klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl mətbuatda "Real Madrid"in Ançelottinin potensial əvəzləyicisi kimi hazırda "Bayer Leverkuzen"ə başçılıq edən Xabi Alonsonu nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.