İdman

"Beşiktaş" azarkeşlərinə BƏD XƏBƏR

8 Mart 2025 18:07
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda İmmobile ilə yollarını ayırmaq qərarına gələn "Beşiktaş" yeni hücumçu axtarışlarına başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mövsümün əvvəlində 10 milyon avro qarşılığında transfer olunan Çiro İmmobilenin performansı klub rəsmilərini qane etmədiyi üçün futbolçu ilə yolları ayırmaq qərarına gəliblər.

"Beşiktaş" forması ilə 31 oyunda meydana çıxan İmmobile 14 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Beşiktaş" gələn mövsüm üçün hazırlıq planı çərçivəsində İmmobileni danimarkalı mərkəz hücumçusu Conas Uindo ilə əvəz edəcək.

Bu mövsüm Bundesliqa komandası "Volfsburq"da 26 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə çıxış edən 1.90 metrlik mərkəz hücumçusu hava toplarını effektiv bitirmə keyfiyyəti ilə tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.