İtaliya Kubokunda sonuncu 1/4 final matçı başa çatıb.
Milli.Az xəbər verir ki, "Yuventus" doğma arenada "Empoli"ni qəbul edib.
Əsas vaxtda 1:1 hesablı heç-heçə qeydə alındığından, qalibi penaltilər seriyası müəyyənləşdirib. Daha dəqiq olan qonaqlar adlarını son 4 komanda sırasına yazdırıblar - 1:1 (2:4 pen).
Beləliklə də, "Empoli" yarımfinalda "Bolonya"ya rəqib olub.
Digər yarımfinal cütündə isə "İnter" "Milan"la yarışacaq.
Milli.Az