İdman

"Siti" həmişə "Siti"dir" - Salah ehtiyatlı danışdı

22 Fevral 2025 07:43
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Mançester Siti"yə qarşı keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.

Milli.Az-ın məlumatına görə, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Siti" həmişə "Siti"dir. Onlar bütün dövrlərin ən yaxşı məşqçilərindən birinə və möhtəşəm futbolçulara malikdirlər. Bu komanda uzun müddətdir ki, yüksək səviyyədə çıxış edir və hər şeyi qazanıb. Hər zaman güclüdürlər və həmişə qalib gələ bilərlər. Mürəkkəb oyun olacağını düşünürəm. Sakitliyi qorumalı və bacardığımızı etməyə çalışmalıyıq".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" qarşılaşması fevralın 23-də reallaşacaq. (Fanat.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.