Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısının açılış mərasimi zamanı maraqlı anlar yaşanıb.
Milli.Az xəbər verir ki, liderlərin birgə foto çəkilişi zamanı İtaliyanın Baş naziri Ciorgia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qısa, lakin diqqətçəkən dialoq olub.
Meloni özündən bir qədər hündürdə dayanan Ərdoğandan boy fərqinin daha da nəzərə çarpmaması üçün bir qədər aşağı enməsini xahiş edib. O, bu istəyini jestlərlə izah edərək gülüşə səbəb olub.
Həmin anları təqdim edirik:
Fidan
Milil.Az