İtaliyanın baş naziri Giorgia Meloni Avropanın Tiran şəhərindəki "Skënderbej" meydanına gələrkən qeyri-adi qarşılanıb.
Milli.Az xəbər verir ki, Avropa Siyasi Birliyinin Zirvə Toplantısı üçün Tiranaya gələn Meloni Albaniyanın baş naziri Edi Ramanın onu diz çökərək qarşılamasına təəccübünü gizlədə bilməyib. Meloni bu səhnəyə yumorla cavab verib: "O, sadəcə mənim boyuma çatmaq üçün bunu edir" .
Boyu 1,5 metr olan Meloni 2 metr boyunda Edi Ramanı tez ayağa qaldırmağa kömək edib, daha sonra Alban liderini qucaqlayıb.
Qeyd edək ki, Zirvə toplantısında 45 ölkənin dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.
Həmin görüntüləri təqdim edirik:
Fidan
Milli.Az