Ölkə

"Taleyinə uğurunu ailəsi ilə bölüşmək yazılmadı..." - FOTO

17 May 2025 10:30
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə döyülərək öldürülən 11-ci sinif şagirdi Elgün İbrahimovun Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb

Milli.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında  məlumat paylaşıb.

Gəncədə baş verən faciəli hadisədə döyülərək həyatını itirən 11-ci sinif şagirdi Elgün İbrahimovun 2025-ci ilin mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticələri açıqlanıb.

Məlumata görə, mərhum şagird Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplayaraq uğurlu nəticə göstərib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu barədə ailəsinə və yaxınlarına SMS-bildiriş göndərilib.

Bundan əlavə, Elgün 2025-ci ilin mart ayının 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında da uğurla iştirak etmiş və 300 ballıq sistemdə 204 bal toplamışdı.

Kamran Əsədov paylaşımına əlavə edib:

"Təhsilinə xüsusi önəm verən Elgün bu nəticəni əldə etmək üçün aylarla əziyyət çəkib. Lakin onun taleyinə çalışqanlığının bəhrəsini görmək, uğurunu ailəsi ilə bölüşmək yazılmadı

Allah rəhmət eləsin" .

Xatırladaq ki, 18 yaşlı Elgün İbrahimov bir neçə günöncə Gəncə şəhərində küçədə döyülərək öldürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.