İdman

Alonsonun Arda ilə bağlı "Real"dan tələbi

17 May 2025 10:45
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in yeni məşqçisi olacağı deyilən Xabi Alonso Arda Gülerlə bağlı rəhbərliyə təlimat verib.

Milli.Az xəbər verir ki, Alonso Ardanın klubda qalmasını istəyib. "El Chiringuito"nun xəbərinə görə, Alonso xüsusilə "Real" rəhbərliyindən Arda Güleri komandada saxlamağı xahiş edib.

Xəbərdə deyilir ki, bundan əvvəl Arda komandadan icarə əsasında getməyi nəzərdən keçirsə də, bundan vaz keçib. Bildirilir ki, Xabi Alonso gənc istedadlı oyunçularla işləməyə üstünlük verir.

Qeyd edək ki, bu mövsüm "Real Madrid"də 40 matçda çıxış edən Arda Güler 5 qol və 9 məhsuldar ötürmə ilə çıxış edib. /Metbuat.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.