İdman

Messi və Ronaldonun illik qazancı açıqlandı

17 May 2025 10:12
Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ronaldo və Lionel Messi 2025-ci ildə də idman dünyasının maliyyə ulduzları olmağı bacarıblar. Dünyaca məşhur iki futbol əfsanəsi bu il birlikdə 410 milyon dollar qazanc əldə edərək bir daha öz unikal statuslarını təsdiqləyiblər.

Milli.Az xəbər verir ki, Forbes-in açıqladığı siyahıya əsasən, "Əl-Nassr" klubunda çıxış edən Ronaldo dünyanın ən çox qazanan idmançısı olub. Onun arxasınca gələn Lionel Messi isə "İnter Mayami"də oynamağa davam edir və qazancı ilə siyahının ilk pillələrində qərarlaşıb.

İlk onluqda əsasən NBA, NFL, MLB və boks nümayəndələri yer alıb. Bu 10 idmançı birlikdə 1,4 milyard dollar gəlir əldə edib və siyahıdakı hər bir ad 100 milyon dollardan çox qazanıb.

Maaş, uduş və sponsorluqlardan gələn gəlirlər Ronaldo və Messinin niyə hələ də "öz liqasında" olduğunu aydın şəkildə göstərir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.