İdman

3 dünya nəhəngi Arda Güləri istəyir - Hansı klubu seçəcək?

20 Fevral 2025 12:12
Baxış: 3 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bayer Münhen", "Liverpul" və "Mançester Yunayted"-in 19 yaşlı türkiyəli futbolçu Arda Güleri transfer etmək üçün hərəkətə keçdiyi bildirilir.

Milli.Az xəbər verir ki, "Fichajes"in məlumatına görə, Almaniyanın nəhəng klubu "Bayer Münhen" və İngiltərənin iki güclü komandası "Liverpul"və "Mançester Yunayted" yay transfer dönəmində Arda Güleri heyətinə qatmaq istəyir. Bundan əlavə, "Paris Saint-Germain" (PSG) də Arda ilə maraqlanan klublar arasındadır. Fransız təmsilçisinin baş məşqçisi Luis Enrikenin gənc oyunçunun transferi üçün onunla birbaşa əlaqə qurduğu iddia edilir.

İspaniya mətbuatı Ardanın "Real Madrid"də aldığı oyun müddətindən razı qalmadığını yazır. 2026-cı ildə keçiriləcək Dünya Çempionatına daha yaxşı hazırlaşmaq üçün daha çox oynamaq istəyən gənc futbolçu, buna görə mövsüm sonu icarəyə getməyə üstünlük verir.

Ardanın gələcək taleyi yaxın aylarda bəlli olacaq.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.