İdman

“Neftçi” “Qarabağ”la oyuna 4 itki ilə çıxacaq

15 Fevral 2025 20:42
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"  Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"la matçın hazırlığını başa çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo "Qarabağ"la görüşü buraxacaqlar.

Qeyd edək ki, sabah "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.