İdman

Nazim Sadıqov Nərimanı məğlub edən braziliyalıya qarşı

15 Fevral 2025 19:11
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı döyüşçü Nazim Sadıqov Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Bakı vaxtı ilə fevralın 16-sı saat 4:00-da döyüşə çıxacaq.

N.Sadıqovun UFC-də yüngül çəki dərəcəsindəki rəqibi braziliyalı İsmael Bonfim olacaq.

İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.

Qeyd edək ki, döyüş ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.

Bu, Sadıqovun UFC-də dördüncü döyüşü olacaq. O, oktaqonda iki qələbə, bir heç-heçə ilə yadda qalıb. Nazimin rəqibi isə keçirdiyi üç döyüşün ikisində qələbə qazanıb, bir məğlubiyyəti var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.