İdman

"Qalatasaray"dan İkardiyə pis XƏBƏR

10 Fevral 2025 16:15
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" klubunun argentinalı ulduz futbolçusu Mauro İkardi zədə səbəbindən mövsümün qalan hissəsi üçün iştirak ərizəsindən çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun adı UEFA Avropa Liqasının iştirak ərizəsində qeyd olunsa da, Türkiyə Superliqasında forma geyinmək şansı qalmayıb.

Buna səbəb Maruo İkardinin zədəsi və bu gün reallaşacaq Françovski transferidir.

Belə ki, heyətini polşalı futbolçu ilə gücləndirən "Qalatasaray" legioner futbolçu limiti üzündən Mauro İkardini iştirak ərizəsinə daxil etməyəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"lə görüşdə zədələnən Mauro İkardi uzun müddətdir yaşıl meydanlardan uzaq qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.