İdman

Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

1 Fevral 2025 11:47
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb.

Milli.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Aktivində 2731 reytinq xalı olan 40 yaşlı qrosmeyster 20-ci sıraya yüksəlib.

Teymur Rəcəbov (2698) 32-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov isə 2656 xalla 71-ci yerdə qərarlaşıb.

Azərbaycanın qadın şahmatçıları - Günay Məmmədzadəyə (2412) 36-cı, Gövhər Beydullayeva (2404) 41-ci, Ülviyyə Fətəliyeva (2381) 64-cü, Xanım Balacayeva (2355) isə 89-cu sırada yer alıblar.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2833) başçılıq edir. ABŞ təmsilçilərindən Fabiano Karuana (2803) 2-ci, Hikaru Nakamura (2802) 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.