İngiltərə Premyer Liqası: “Çelsi”, “Liverpul” və “Mançester Siti” xal itirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə Premyer Liqasının 21-ci turunda mövsümün favoritləri xal itiriblər.
Milli.Az xəbər verir ki, yanvarın 14-də start götürmüş matçlarda "Brentford" "Mançester Siti"ni, "Çelsi" Bornmut"u, "Vest Hem" "Fulhem"i, "Nottingem Forest" isə "Liverpul"u qəbul edib.
"Brentford" - "Mançester Siti" qarşılaşması ev sahiblərinin geridönüşü ilə yadda qalıb. "Şəhərlilər"in 66 və 78-ci dəqiqələrdə Fil Foden sayəsində vurduğu qollara "arılar" konqolu Yoan Vissanın 82-ci və danimarkalı kapitan Kristian Nörqorun isə əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə vurduğu dəqiq zərbələrlə cavab verib - 2:2.
"Çelsi" - "Bornmut" matçında da eyni hesab qeydə alınıb. 13-cü dəqiqədə Kol Palmerin erkən qolu hesabda irəli çıxan "zadəganlar" üstünlüklərini qoruya bilməyiblər. Belə ki, 50-ci dəqiqədə Castin Klüyvert penaltini dəqiq yerinə yetirib. Cəmi 18 dəqiqə sonra "albalılar"ın qanalı hücumçu Antuan Semenyo qonaqların növbəti qoluna imza atıb. Bununla belə, London təmsilçisinin kapitanı Ris Ceyms oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə status-kvonu bərpa edərək oyunda son nöqtəni qoyub - 2:2.
"Vest Hem"in Londonda eyni şəhəri təmsil edən "Fulhem"i qonaq etdiyi matçda beş qol qeydə alınıb. "Fulhem" "çəkicdöyənlər"in Karlos Soler (31), Tomaş Souçek (33), Lukas Paketa (67) sayəsində vurduğu qollarına nigeriyalı Aleks İvobinin dublu ilə qarşılıq verib - 3:2.
Turun mərkəzi qarşılaşmalarından biri isə Nottingemşirdə keçirilib: mövsümün gözlənilməz favoriti "Nottingem Forest" "Enfild"də yendiyi "Liverpul"la üzləşib. "Meşəçilər"in "qırmızılar"ın qapısına yol tapması çox çəkməyib: 8-ci dəqiqədə Kris Vud qapıçı Alisson Bekeri məyus edib. Buraxılmış qoldan sonra təzyiqi artıran Arne Slotun yetirmələri istəklərinə 66-cı dəqiqədə nail olublar: meydana yenicə girmiş Dioqu Jota və Konstantinos Tsimikas ilk toxunuşdaca müvafiq olaraq qol və assistə imza atıblar. "Qırmızılar"ın çoxsaylı hücumları baxmayaraq, oyunda başqa qol vurulmayıb - 1:1.
Qeyd edək ki, 21-ci turun birinci gününün nəticələrinə görə, "Liverpul" 47 xalla şəriksiz liderdir. Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun daha var. "Meşəçilər" (41 xal) isə qazanılmış bir xalla yanvarın 15-də "Tottenhem"i sınağa çəkəcək "Arsenal"ı ötərək ikinci pilləyə yüksəliblər. "Çelsi" 37 xalla dördüncü pillədəki yerini bərkidib. "Mançester Siti" də 35 xalla 6-cı pillədə yerində addımlayıb. "Fulhem" (30) 9-cu, "Vest Hem" (26) isə 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, yanvarın 13-də çempionatın 15-ci turundan ertələnmiş "Everton" - "Liverpul" oyunu fevralın 12-də keçiriləcəyi açıqlanmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)





