İdman

"Milan"ı tərk etdi, Türkiyəyə gələ bilər

7 Yanvar 2025 00:21
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə İtaliyanın "Milan" klubundan ayrılan Paulu Fonseka karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis ötən ay baş məşqçi Covanni van Bronkhorstu qeyri-sabit nəticələrə görə istefaya göndərən "Beşiktaş"ın maraq dairəsinə düşüb. İddiaya görə, klub rəhbərliyi müvəqqəti çalışdırıcı Sərdar Topraktəpənin fəaliyyətindən narazıdır. Hazırda "qartallar" Türkiyə Superliqasında 27 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, P.Fonseka Milan təmsilçisi ilə yanaşı, ölkəsinin "Braqa" və "Portu", İtaliyanın "Roma", Fransanın "Lill" komandalarında çalışıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.