İdman

Azərbaycandan “The Best”də kimə səs verilib?

17 Dekabr 2024 23:42
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA-nın 2024-cü il üçün "The Best" mükafatı üçün Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş səsvermədə 1-ci yerə İspaniya millisi və "Barselona"nın futbolçusu Lamin Yamalı layiq görüb. O, ikinci yer üçün Vinisius Juniora (Braziliya millisi, "Real" Madrid), üçüncü yer üçünsə Rodriyə (İspaniya millisi, "Mançester Siti") səs verib.

Azərbaycan millisinin kapitanı Bədavi Hüseynovun seçimi isə belə olub: 1.  Vinisius Junior, 2. Rodri, 3. Dani Karvahal (İspaniya millisi, "Real). 

Qeyd edək ki, səsvermənin yekununa əsasən, Vinisius Junior birinci (48 xal), Rodri ikinci (43 xal), İngiltərə millisi və "Real"ın futbolçusu Cud Bellingem (37) isə üçüncü yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.