İdman

Zöhrə Ağamirova idmandan GETDİ - FOTO

14 Dekabr 2024 17:59
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, o, bu gün Bakıda start götürən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri zamanı idmanla vidalaşdığını elan edib.

23 yaşlı idmançı son dəfə xalça üzərinə çıxaraq ayrı-ayrı alətlərdə bacarığını nümayiş etdirib.

Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda "Tokio-2020" və "Paris-2024" Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.