“Kaş ki, atam bugünkü oyunu görərdi” - Vaqif Cavadov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Bilirsiniz ki, komandanı yeni götürmüşəm, amma "Neftçi" hər zaman "Neftçi"dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Həm oyunçunun qiyməti, həm də karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində komandamız sübut etdi ki, rəqibdən zəif deyilik. Futbolçularım üçün bu qalibiyyət irəliyə doğru addım olacaq. Deməli, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. İnşallah, bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq ki, "Sumqayıt" üçün yaxşı nəticə ilə sonlansın".
Mütəxəssis "Samir Abasov bildirdi ki, "Sumqayıt"ı tərk etdikdən sonra ciddi dəyişikliklər baş verməyib. Bu haqda nə düşünürsünüz?" sualına belə cavab verib: "Samir müəllimin dediyinə özünüz cavab versəniz, daha yaxşı olar. Mənim bu haqda danışmağım doğru olmaz".
V.Cavadov qələbəni mərhum atası Füzuli Cavadova həsr etdiyini bildirib: "Ailə olaraq "Neftçi"liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. İnanıram ki, karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, "Neftçi"li olub. Onun olmaması mənim üçün çətindir. Bugünkü "Neftçi" üzərində qələbəni də atama həsr edirəm. Çünki onun mənim üzərimdə əməyi çox böyük olub".
O, "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovun komandasına qarşı oynamaqlarının motivasiyaya təsir etmədiyini qeyd edib: "Bu gün hansısa simaya qarşı yox, "Neftçi"yə qarşı oynayırdıq. Yaxşı komandaya qarşı mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Nə mənim, nə oyunçularımın kimisə qarşı artıq motivasiya ilə oynamaqda rolu olmayıb. Sadəcə bilirdik ki, yaxşı rəqibə qarşı oynayırıq. Hər bir futbolçu sübut etdi ki, heç kimdən zəif deyilik və bu heyətlə də futbol oynamaq olar. Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə "Neftçi" həmişə "Neftçi"dir. Fərqi yoxdur hansı pillədədir. Onun adı hər zaman üstündədir. Ona görə onlara uğurlar arzulayıram. Bu klubu tez bir zamanda yuxarı pillələrdə görmək istəyərdim".
Mütəxəssis "Neftçi"yə qarşı oyuna xüsusi bir taktika ilə çıxmadıqlarını deyib: "Zirə", "Şamaxı" və "Neftçi"yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə də Allah bizə qələbəni bəxş etdi".
V. Cavadov qış transfer pəncərəsi haqda danışıb: "Bu barədə düşünmürük. Əlbəttə ki, köməkçilərim bu haqda məlunat toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda fasilə olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız yaranacaq. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacağam ki, işimi onlarla davam etdirim".
O, klub prezidenti olsaydınız, 8 oyundan 5 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardınız?" sualına cavabında deyib: "Bu mənə aid olan sual deyil. Məşqçi olaraq "Sumqayıt"ın yetirməsiyəm. Akademiyadan A komandasına qədər yüksəlmişəm. Çox sağ olsun rəhbərlik, mənə inanıb baş məşqçi vəzifəsini etibar etdi. Sabah desələr ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik, bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəyəm, ya da baş məşqçi kimi işimə davam edəcəyəm". /qol.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Arda Turanla danışıqların detalları bəlli oldu
XƏBƏR LENTİ
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu





