İdman

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

1 Dekabr 2024 19:16
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 450 xalla ikinci, Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (350 xal) isə üçüncüdür.

İlk "10-luq"da qadın atlet Anna Skidan (315 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (280 xal), bədii gimnast Zöhrə Ağamirova (225 xal), cüdoçular Yaşar Nəcəfov və Zelim Tçkayev (hər ikisi 200 xal) yer alıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.