İngiltərənin "Liverpul", Niderlandın "Ayaks", həmçinin Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarının sabiq futbolçusu Rayan Babel karyerasını bitirib.
Milli.Az report-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında elan verib.
Qeyd edək ki, peşəkar karyerasına "Ayaks"da başlayan R.Babel daha sonra "Liverpul"a transfer olunub. O, Türkiyə Superliqasında "Qalatasaray" və "Beşiktaş"la yanaşı, "Kasımpaşa" və"Eyüpspor"un da formasını geyinib.
Milli.Az