İdman

Kurtua "El Klassiko"da oynamayacaq

24 Oktyabr 2024 20:49
Baxış: 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın qapıçısı Tibo Kurtua "El Klassiko"da iştirak etməyəcək.

Milli.Az İdman.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper zədədən əziyyət çəkir.

Çempionlar Liqasının 3-cü turunda "Borussiya" (Dortmund) ilə görüşdə zədələnən Tibo 3-4 həftə qapını qoruya bilməyəcək. Bu mövsümdə 12 oyunda forma geyinən Kurtua bunların 4-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması İspaniya La Liqasının 11-ci turu çərçivəsində oktyabrın 26-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.