İdman

Məşhur futbolçu DNT testi ilə "yıxıldı": "Qızının” adını döymə etdirmişdi - FOTO

21 Oktyabr 2024 20:43
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın keçmiş müdafiəçisi Vinisius Tobias DNT testinin nəticələrindən şoka düşüb. Qızının ondan olmadığını öyrənən Tobias qoluna adını döymə etdirmişdi.

Milli.Az lent.az-a istinadən bildirir ki, 2021-ci ildə "The Guardian" tərəfindən "Dünyanın 60 ən yaxşı gənc istedadından biri" siyahısına daxil edilən məşhur futbolçu Vinisius Tobiasın keçmiş sevgilisi İnqrid Lima oktyabrın 8-də Maite adlı qız uşağı dünyaya gətirib.

Braziliyalı müdafiəçi və "Real"ın keçmiş oyunçusu Tobias Limanı tərk etməsinə baxmayaraq, körpənin onun olduğunu düşünərək qoluna qızının adı ilə yanaşı "te amo" (portuqalca "səni sevirəm") sözləri olan döymə etdirib.

Ancaq Lima sosial mediada pis xəbəri yayıb və Tobiasın Maitenin bioloji atası olmadığını açıqlayıb.

Lima "Instagram"da izləyiciləri ilə paylaşdığı göndərmədıə bu sözləri yazıb:

"Mən zəhlətökən bir şey haqqında danışmaq istəyirəm və təəssüf ki, ictimaiyyətə açıqlamalıyam. Tobias və mən bir müddətdir ki, birlikdə deyilik. Bu müddət ərzində həm o, həm də mən münasibətdə idik. İkimiz də həyatımızı davam etdirirdik... Bu vaxt (qızım) Maite göründü. DNT testi etmək qərarına gəldik və Maitenin Tobiasın qızı olmadığı sübut olundu..."

Tobias DNT testinin nəticəsini hələ şərh etməyib. Bununla belə, Lima aralarındakı məsələni "sülh yolu ilə" həll etdiklərini bildirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.