İdman

"Qarabağ" Avropa Liqasında pley-off oynayacaq - FMT

16 Sentyabr 2024 23:07
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol statistikası və analitikası ilə məşğul olan beynəlxalq "Football Meets Data" səhifəsi Avropa Liqasının təhlilini həyata keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Liqa mərhələsində yarışan 36 komandanın pley-off, 1/8 final və 1/4 finala çıxmaq şansları dəyərləndilib.

Təhlilçilərin fikrincə, Azərbaycan çempionu "Qarabağ" "pley-off"da iştirak edə biləcək. Ağdam klubunun ən güclü 24 komanda sırasına düşmək şansı 63 faiz olaraq göstərilib. Onlara görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Liqa mərhələsini 23-cü yerdə başa vuracaq "pley-off"da oynaya biləcək.

"Qarabağ"ın TOP-8-ə düşmək şansı isə 13 faiz olaraq qeyd edilib. Yəni "Football Meets Data"ya görə, "Qarabağ"ın bu mərhələdə iştitak ehtimalı çox azdır.

Xatırladaq ki, Liqa mərhələsində "Qarabağ"ın rəqibləti "Tottenhem" (İngiltərə), "Malmö" (İsveç), "Ayaks" (Niderland), "Bodo Qlimt" (Norveç), "Lion" (Fransa), Elfsborq" (İsveç) FCSB (Rumıniya) və "Olimpiakos"dur (Yunanıstan).

Avroliqanın Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala birbaşa vəsiqə qazanır. 9-24-cü yeti tutanlar isə şərti olaraq 1/16 final da adlandıra biləcəyimiz "pley-off"da oynayacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda iştirakını başa vururlar.

"Football Meets Data"ya görə, Avroliqada 1/4 finala isə aşağıda adları qeyd edilən 8 komanda yüksələcək:

1. "Tottenhem (İngiltərə)

2. "Qalatasaray" (Türkiyə)

3. "Mançester Yunayted" (İngiltərə)

4. "Atletik" (İspaniya)

5. "Roma" (İtaliya)

6. "Latsio" (İtaliya)

7. "Porto" (Portuqaliya)

8. "Ayntraxt" (Almaniya)

Final mərhələsi üçün proqnoz:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.