İdman

Qurban Qurbanov: Komandada çatışmazlıqlar var

28 Avqust 2024 23:28
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib: "Məğlubiyyətə görə üzgünük. Futbolçularımın əziyyət çəkdilər. Azarkeşlərimizə də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sonadək bizi qələbəyə səslədiləır. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Təəssüf ki, qol hesabımızı aça bilmədik. Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq. "Dinamo" 2 oyun ərzində 5 qol vurub, məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.