İdman

"Panathinaikos" Ergin Atamanla müqaviləni uzadacaq?

18 İyul 2024 08:01
Baxış: 485
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Panatinaikos" Basketbol Klubunun prezidenti Cannakopoulos ötən mövsüm komandanın sükanı arxasında ciddi uğurlar qazanan türkiyəli baş məşqçi Ergin Atamanla uzun müddət davam etmək istədiklərini bildirib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, Giannakopoulos, sosial media hesabından etdiyi şərhdə, "Real Madridi məğlub edərək 5 Avropa seriyası hədəfi qoyduğunuzda, Maestronu (Ergin Ataman) saxlamaqla yanaşı, ehtiyacınız olan bütün idmançıları komandada saxlamalısınız" dedi.

Yunan mətbuatı Giannakopoulosun bu yazısını Atamanla müqavilənin uzadılacağı kimi şərh edib.

Ataman Panathinaikos-da ilk mövsümünü 2 kubokla başa vurub. Yunanıstan komandası THY Avroliqanın Dördlər Finalında Real Madridi məğlub edərək kubokun qalibi olub və iki ildən sonra Yunanıstan Liqasının çempionu olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.