İdman

“Neftçi" Ərzurumda məşqləri davam etdirir

13 İyul 2024 08:45
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti məşqə çıxıb.

Milli.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçirilən axşam məşqində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran "ağ-qaralar" sabah ilk sınaq matçına çıxacaq. Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.