İdman

“Zirə” Tiraspoldan qələbə ilə dönür

11 İyul 2024 23:03
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürür.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayan yeganə təmsilçimiz "Zirə" Avropa Liqasında ilk oyununa çıxıb.

Rəşad Sadıqovun yetirmələri Moldovada "Şerif"in qonağı olub. "Zirə" matçın 88-ci dəqiqəsində qələbə topunu vurub. Davit Volkov oyunun taleyini həll edən yeganə qolun müəllifi. Çətin qələbə cavab matçı ərəfəsində "qartallar"a böyük üstünlük qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
11 iyul
21:00. "Şerif" - "Zirə" - 0:1
Qol: Davit Volkov, 88
Baş hakim: Alessandro Dudiç (İsveçrə)
"Şerif": 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Baş məşqçi: Yuriy Hura
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla, 90. Davit Volkov
Baş məşqçi: Rəşad Sadıqov
Tiraspol. "Şerif Arena"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.