İdman

Məmmədyarovla Rəcəbov geriləyib, Balacayevadan sıçrayış

1 İyul 2024 09:05
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİDE şahmatçıların iyul reytinqini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı qrossmeyster 3 pillə geriləyib. Aktivində 2726 xal olan Məmmədyarov 19-cu pillədə qərarlaşıb. Teymur Rəcəbov 4 pillə geriləyib. O, 2700 xalla 34-cüdür.

Digər qrossmeysterimiz Rauf Məmmədov (2652) 6 addım irəliləyib. Milli üzvü 76-cı yerdədir.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2990) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2796) izləyirlər.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. 4 pillə geriləyən şahmatçımız 2441 xalla 33-cüdür.

Üç addım geriləyən Gövhər Beydullayeva (2412) 42-cidir. 16 pillə irəliləyən Xanım Balacayeva 2407 xalla 47-cidir. Ülviyyə Fətəliyeva (2399) 2 pillə geriləməklə 51-ci sıradadır. Gülnar Məmmədova isə "Top-100"ü tərk edib.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2566), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.