İdman

Sloveniya - Danimarka matçı heç-heçə ilə bitdi - YENİLƏNİB

16 İyun 2024 22:26
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​22:26

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.

-------
20:15

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.

Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.

***

Sloveniya - Danimarka matçında hesab açılıb.

17-cı dəqiqədə Kristian Eriksen Danimarka millisini hesabda önə çıxarıb.

Görüş davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.