İdman

​Mourinyonu “Fənərbağça”ya getməyə bu tanınmış şəxs razı salıb

3 İyun 2024 11:22
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Joze Mourinyo "Fənərbağça"ya razılıq verməzdən əvvəl bir sıra şəxslərlə telefon danışığı aparıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Mourinyo "Fənərbağça"da oynayan Fred və Dzekoya zəng edərək məlumat alıb.Bildirilir ki, portuqaliyalı məşqçinin Türkiyə klubuna razılıq verməsinə həlledici təsiri Jorje Jesus göstərib. Bildirilir ki, Mourinyo bir vaxtlar "Fənərbağça"da baş məşqçi işləyən Jesusla telefon əlaqəsi saxlayaraq, Türkiyə klubu barədə danışıb. Bu danışıqdan sonra Mourinyo "Fənərbağça"ya razılıq verib.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" ilə müqavilə imzalayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.