İdman

"Qarabağ" "Qalatasaray"ı geridə qoydu

29 May 2024 17:17
Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən hazırlanan siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan təmsilçisi "Qarabağ"dır. Ağdam klubu 33.000 xalla 57-ci yerə yüksəlib. "Köhlən atlar" reytinqdə İspaniyanın "Betis" klubu ilə birlikdə bu pilləni bölüşür. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu göstərici ilə Türkiyə təmsilçisi "Qalatasaray"ı (31.500 xal, 60-cı yer) geridə qoyub.

"Qarabağ"dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Neftçi"dir. 10.000 əmsalı olan "ağ-qaralar" 6 komanda ilə birlikdə 143-149-cu yerlərdə qərarlaşıb. "Ağ-qaralar" daha öncəki siyahı ilə müqayisədə 8 pillə geriləyib.

"Qəbələ" 4.500 xalla 275-cidir. "Sabah", "Zirə", "Sumqayıt", "Səbail" və "Keşlə" (indiki "Şamaxı") 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər.

"Turan Tovuz", "Kəpəz" və "Araz-Naxçıvan" isə reytinq cədvəlində yer almayıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi "Mançester Siti" (148.000) başçılıq edir. Almaniyanın "Bavariya" klubu 144.000 əmsalla ikinci sırada yer alıb. İlk "üçlüy"ü İspaniya "Real Madrid"i (134.000) tamamlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.