İdman

AFFA iki baş məşqçini cəzalandırdı

29 May 2024 13:53
Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qurum iki baş məşqçi ilə bağlı qərar verib.

U-14 Liqasında keçirilən "Qəbələ" - "Azart" oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir edib. Bu üzdən çalışdırıcı 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən "Sumqayıt" - "Qəbələ" matçında qonaqların cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində hakimlərin ünvanına qeyri-etik ifadələr işlədib. Onun cəzasının üzərinə 5 oyun əlavə edilib.

U-14 Liqasında keçirilən "Şirvansaray" - "Astara" qarşılaşmasında qonaqların rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. O, 5 oyunluq diskvalifikasiya edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.